2023/2024 mövsümünün hazırlığını davam etdirən "Kəpəz" yoxlama matçında qüvvəsini sınayıb.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisi "Səbail"in əvəzedici heyəti ilə üz-üzə gəlib.
Qarşılaşma Azər Məmmədovun yetirmələrinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Kəpəz"in heyətində braziliyalı Junior Martins dubl edib. Digər qolları isə nigeriyalı Abdullahi Şuaybu və Ehtiram Şahverdiyev (penalti) vurub.

