"Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, mərakeşli mərkəz müdafiəçisi Mərvan Hadudi ilə 1+1 illik müqavilə imzalanıb.
31 yaşlı oyunçu yeni komandasında 24 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Mərvan Hadudi karyerası ərzində ölkəsinin "Raca", "Rasinq", "Şabab", "Berkan" və "Difaa" klublarının şərəfini qoruyub. İlk dəfə legioner karyerası yaşayacaq futbolçu 7 dəfə Mərakeşin A komandasının formasını geyinib.

