"Sabah" klubu Latviyaya gəlib.
Prosport.Az xəbər verir ki, Bakı klubu UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Riqa Futbol Məktəbi (RFŞ) qarşılaşmaq üçün Latviyanın paytaxtına gəlib.
Komanda Yurmala şəhərində ilk məşqinə də çıxıb. "Sabah"ın rusiyalı baş məşqçisi Murad Musayevin fikirlərini təqdim edirik: "Komanda olaraq yaxşı hazırlıq keçdik. Bütün futbolçular sabahkı oyunu gözləyir. Hazırda Latviyada çempionat davam edir. Bu rəqib üçün üstünlük sayıla bilər. Lakin bunda qorxulu heç nə yoxdur. Hər şey bizim özümüzdən asılıdır.
Azarkeşlərimizə demək istərdim ki, yaxşı nəticə üçün var qüvvəmizlə sona kimi mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, "Sabah" bu gün Bakı vaxtı ilə saat 20:00-da RFŞ ilə qarşılaşacaq.

