Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komndasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Zaqrebd' "Astana"nı qəbul edib. Qarşılaşma Xorvatiya təmsilçisinin Qazaxıstan çempionu üzərində 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 80-ci dəqiqədə ilk qolun müəllifi olan mərkəz hücumçusu Bruno Petkoviçin əvəzinə meydana daxil olub. Oyundan sonra Mahir də "Dinamo" futbolçuları ilə birgə öz azarkeşləri önündə qələbəni qeyd ediblər.
Onu da bildirək ki, komandalar arasında cavab görüşü 2 avqustda Qazaxıstanın paytaxtı Astanada baş tutacaq.

