Kipr təmsilçisi UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə oyuna 21 futbolçu ilə gəlir.
Prosport.Az xəbər verir ki, öncə adları B siyahısında olan Loyzu və Xaralambos Xaralambus “qırmızı-qaralarla” qarşılaşmanı buraxacaq.
Qapıçılar: Konstantinos Panaci, Frensis Uzoho, Fabianu Ribeyru, Xaralambos Kiriakidis;
Müdafiəçilər: Paris Psaltis, Adam Metyus, Senu Kulibali, Markinyus Şiprianu, Yan Lesiaks, Adam Lanq, Nikolas Panayotu, Nemanya Miletiç;
Yarımmüdafiəçilər: Moreto Kasama, Fuad Bəşiru, Veliko Simiç, Yoannis Kusulos;
Hücumçular: Vili Semedu, Andronikos Kakullis, Kərim Ənsarifərd, Panayotis Zaxariu, Roman Bezos.
Qeyd edək ki, "Qəbələ" – "Omoniya" matçı iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması 1 həftə sonra Kiprdə oynanılacaq.

