Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı yeni komandası “Yurqorden”in heyətində UEFA Avropa Konfrans Liqasında iştirak edə biləcək.
Prosport.Az xəbər verir ki, İsveç təmsilçisi 21 yaşlı forvardın adını iştirak ərizəsinə əlavə edib.
O, Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrə “Lutsern”i ilə görüşlərdə Stokholm klubunun məşqçilər korpusunun sərəncamında olacaq. Qurbanlı 23 nəfərlik iştirak ərizəsi üçün UEFA-ya sifariş edilib.
Qeyd edək ki, “Yurqorden” – “Lutsern” oyunu iyulun 27-də keçiriləcək.

