Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"dən bəyanat: Saldanya qovuldu!
    25.07.2023 16:57:25

    "Neftçi" PFK braziliyalı futbolçu Mateus Saldanya ilə bağlı bəyanat yayıb.

    Prosport.Az xəbər verir ki, həmin bəyanatda Saldanyanın icazəsiz komandanın məşqini buraxdığı üçün komandadan qovulduğu bildirilir:

    “Neftçi” PFK-nın 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan futbolçusu Mateus Saldanya son günlərdə klub rəhbərliyinə Serbiyanın “Partizan” klubundan maliyyə cəhətdən çox yaxşı təklifin olduğunu bildirib.

    Son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını bildirən futbolçu bu təklifdən sonra klub rəhbərliyindən getməsi üçün icazə istəyib. Lakin klub rəhbərliyi indiki vəziyyətdə, yəni mövsümün əvvəlində, UEFA Avropa Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış onu komandadan buraxmaq istəmədiyini dəfələrlə onun nəzərinə çatdırıb. Bütün bu xəbərdarlıqlara baxmayaraq, Mateus Saldanya son günlərdə müxtəlif səbəblərlə komanda ilə birlikdə məşqlərdə iştirak etməkdən yayınmış, 24.07.2023-cü il tarixində keçirilən məşqdə isə icazə almadan iştirak etməmişdi.

    Rəhbərlik futbolçunun bu cür hərəkətləri ilə əlaqədar həm onu, həm də menecerini rəsmi qaydada məlumatlandırmışdı. Bildirilmişdi ki, “Neftçi” PFK kimliyindən asılı olmayaraq, maddiyyatı hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz. Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib. Ürəyi “Neftçi” ilə olmayanın özü də “Neftçi”də olmamalıdır. Qayğısı yalnız maddiyyat olan futbolçuya “Neftçi” kimi klubda yer yoxdur.

    Qeyd etməliyik ki, proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranmışdı. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdur.

    Azarkeşlərimizi əmin etmək istəyirik ki, UEFA Avropa Konfranslar Liqasında keçiriləcək ilk oyunumuza bir neçə gün qalmış Mateus Saldanya adlı futbolçunun komandamızı çətin vəziyyətdə qoymasına baxmayaraq, klubun rəhbərliyi və məşqçilər korpusu vəziyyətdən ən məqbul çıxış yolunu tapacaqlar. Hazırda hücum xəttimizi gücləndirmək üçün ciddi transfer işləri aparılır".

    Futbol

    UEFA "Sabah"ın taleyini sloveniyalılara həvalə etdi

    31.07.2026 13:19:38
    Futbol

    "Mən həmişə bir "bayquş" olaraq qalacağam" - Aaron Maluda

    31.07.2026 12:14:42
    Futbol

    Azərbaycan Avropada ən çox reytinq xalı toplayan 2 ölkədən biridir

    31.07.2026 11:42:13
    Müsahibə

    "VAR sistemi olmadığına görə penalti verilmədi" – Eren Aydın

    31.07.2026 11:19:31
    Futbol

    "Turan Tovuz" haqqında danışmaq istəmirəm" – Ayxan Hüseynov

    31.07.2026 11:15:17
    Futbol

    Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununda darmadağına sevindi

    31.07.2026 11:15:15
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz üçün yeganə təsəlli: Ümid "bürünc"ə qaldı

    31.07.2026 13:45:06

    UEFA "Sabah"ın taleyini sloveniyalılara həvalə etdi

    31.07.2026 13:19:38

    Millimiz hər iki oyunda yunanlara qalib gəldi

    31.07.2026 12:42:13

    "Mən həmişə bir "bayquş" olaraq qalacağam" - Aaron Maluda

    31.07.2026 12:14:42

    Azərbaycan Avropada ən çox reytinq xalı toplayan 2 ölkədən biridir

    31.07.2026 11:42:13

    "VAR sistemi olmadığına görə penalti verilmədi" – Eren Aydın

    31.07.2026 11:19:31

    "Turan Tovuz" haqqında danışmaq istəmirəm" – Ayxan Hüseynov

    31.07.2026 11:15:17

    Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununda darmadağına sevindi

    31.07.2026 11:15:15

    "APL Fantasy" tətbiqi təqdim olundu

    31.07.2026 10:55:11

    UEFA reytinqi: Azərbaycan futbolunda yeni rekord

    31.07.2026 10:31:52

    Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

    31.07.2026 10:07:05

    Mahir Emreli oynadı, komandası darmadağınla mərhələ adladı

    31.07.2026 09:48:29

    "Bolqarıstanda necə böyük komandanı məğlub etdiyimizi bilirlərmi?" - Xristo Yanev

    31.07.2026 09:00:25

    "Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil" – Qurban Qurbanov

    31.07.2026 02:27:11

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı - VİDEO

    31.07.2026 00:55:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved