“Rakuf” Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la oyuna tam heyətlə çıxa bilməyəcək
Prosport.Az xəbər verir ki, müdafiəçi Milan Rundiç ilk görüşü buraxacaq.
Bunu polşalıların baş məşqçisi David Şvarqa açıqlayıb. Onun sözlərinə görə, serbiyalı mərkəz müdafiəçisi zədədən əziyyət çəkir. Çalışdırıcı sabahkı qarşılaşmada Rundiçin xidmətindən yararlana bilməyəcəyini söyləyib.
Qeyd edək ki, “Rakuf” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

