"Neftçi" UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin "Jelezniçar"la səfər görüşü üçün bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya yola düşəcək.
Prosport.Az-ın xəbərinə görə, komanda bu gün saat 18:00-da çarter reysi ilə Bakıdan Sarayevona uçacaq.
Qeyd edək ki, "Qrbavitsa" stadionunda keçiriləcək qarşılaşma iyulun 27-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

