“Neftçi” növbəti transferini həyata keçirib.
Prosport.Az xəbər verir ki, fransalı futbolçu Ervin Kofi ilə 2 illik müqavilə bağlanıb. 28 yaşlı sağ cinah müdafiəçisi 99 nömrəli formanı geyinəcək.
Ervin Kofi Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Po” (2020-2023), Yunanıstanın “Anortosis” (2018-2020) və Kiprin “Olimpiakos” (2020) klublarında çıxış edib. Əslən Fil Dişi Sahilindən olan Kofi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.

