Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Qara Qarayev: "Emin dedi ki, başqa kluba keçsən, dost itirəcəksən" – VİDEO
    25.07.2023 10:27:32

    “Karyeramda daha uğurlu dönəm olacağını düşünərək bura gəlmək qərarı verdim”.

    Prosport.Az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Qara Qarayev klubun televiziyasına açıqlamasında deyib.

    31 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı “Neftçi”yə dəyişməsinin səbəbini izah edib: “Mənə göstərilən etimada görə “Neftçi” rəhbərliyinə minnətdaram. Məhz həmin etimad məni bu seçimi etməyə vadar etdi. Düşündüm ki, gələcək karyeram üçün “Neftçi”də davam etmək daha faydalı olar. Rəhbərliyin və kapitan Emin Mahmudovun sayəsində “Neftçi”nin üzvü oldum. Bu həm öz istəyim, həm də onların köməyi idi. Emin mənə dedi ki, başqa kluba getsən, bir dost itirəcəksən. Onunla söhbətlərdə mənə çox faydalı məsləhətlər verdi”.

    Azərbaycan millisinin üzvü yetirməsi olduğu “Qarabağ”a da təşəkkür etməyi unutmayıb: “Rəqabətli komandaya keçsəm də, “Qarabağ”ın əziyyətini, dəyərlərini heç vaxt unutmayacağam. Hər bir dəyəri öz yerində qoruyub saxlaya bilərəm. 18 ildə mənə möhtəşəm dəstək oldular, ailə üzvü kimi qorudular. Ömrümün sonuna kimi onlara təşəkkür edəcəyəm. Bu, mənim həm mənəvi, həm də əxlaqi borcumdur”.

    Qara Qarayev “Neftçi” azarkeşlərinin rəğbətini qazanmaq üçün çox çalışacağını diqqətə çatdırıb: “Neftçi”də ailənin üzvü olmaq bir az çətindir. Çünki “Neftçi” adının hədəfləri var. Bu komandanın bir parçası olmaq üçün çox çalışmaq lazımdır. Həm yığmada, həm də “Qarabağ”da necə ləyaqətlə çıxış etmişəmsə, eyni dərəcədə “Neftçi”nin də adını qoruyacağam. Həm meydanda, həm də ondan kənarda ən yaxşılardan olmaq üçün mübarizə aparacağam. Azarkeşlərə hansısa vədi vermək istəmirəm. Onlar iş, məhsuldarlıq görmək istəyirlər”.

    Təcrübəli futbolçu hər hansı bir aqressivlik sərgiləməyəcəyini də vurğulayıb: “Bura gələndə vəd almamışam. Karyeramın gələcəkdə hansı yöndə davam edəcəyini bilmirəm. Heç kimə vəd vermərəm, heç kimdən də vəd almaram. Sadəcə, inam istəyərəm. Biz bir-birimizlə yox, klubun amalı üçün başqaları ilə rəqabətə hazır olmalıyıq. Karyeramı daha peşəkar şəkildə davam etdirməliyəm. Əlavə hiss, xüsusi aqressiya karyerama böyük zərbə vura bilər. “Neftçi”də də Qara adını qoruyub saxlayacağam”.

    Qeyd edək ki, Qara Qarayev “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb.

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved