"Sabah"dan ayrılan futbolçu Abdulaye Banın yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi karyerasını Portuqaliyada davam etdirəcək.
Seneqallı oyunçu "Tondela" ilə anlaşıb. Onun müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, "Portu"nun yetirməsi olmuş Abdulaye Ba ötən mövsüm "Sabah"ın formasını geyinib. Onun müqaviləsinin müddəti bitmişdi.

