Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" sonuncu yoxlama oyununa çıxıb.
Prosport.Az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Tanzaniya təmsilçisi "Simba" ilə qarşılaşıb.
"Vonresort" otelin meydançasında baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bakı klubundan qolu 2-ci hissədə meydana çıxmış Rüstəm Əhmədzadə vurub.
Qeyd edək ki, "Zirə" daha əvvəl Türkiyənin "Fatih Karagümrük" komandası ilə qolsuz sülhə razılaşıb. Bakı klubu Azərbaycanın Premyer Liqasının I turunda "Qarabağ"ın qonağı olacaq.

