Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.
Prosport.Az xəbər verir ki, bu barədə "Neftçi" rəsmi məlumat yayıb.
Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

