"Bilirik, "Rizəspor"un Kevin Medinaya istəyi var. Amma bu məsələdə son nöqtə hələ ki qoyulmayıb".
Bunu Prosport.Az saytına açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.
O bildirib ki, Türkiyə Super Liqası klubu "Rizəspor"un maraq dairəsində olan Kevin Medianın hələ də komandada qalıb-qalmayacağı dəqiqləşməyib:
"Bu məsələ hələ aktuallığını qoruyub saxlayır. Hələ ki, danışıqlar davam edir".

