Yeni mövsümdən I divizionda çıxışını davam etdirəcək "İmişli" Futbol Klubunun məşqçilər korpusunun daha 2 üzvünün adına aydınlıq gəlib.
Prosport.Az-ın xəbərinə görə, baş məşqçi Əsgər Abdullayevə Ruhid Usubov və Məqsəd Yaqubəliyev kömək edəcək.
Qapıçı məşqçisi isə müəyyənləşməyib.
Qeyd edək ki, İmişlidən olan Ruhid Usubov ötən mövsüm komandanın baş məşqçisi olub.

