Qəbələdə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan"ın orada kiminlə yoxlama oyunu keçirəcəyi müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, komanda iyulun 28-də Türkmənistanın "Nebitçi" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Nebitçi"nin Qəbələdəki təlim-məşq toplanışı "Qarabağ"ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun təsisçisi olduğu "Can Sports" idman turizmi və konsaltinq şirkəti tərəfindən təşkil olunur. "Nebitçi" avqustun 3-də "Şamaxı" ilə də yoxlama oyunu keçirməlidir.

