Yeni mövsümdən II divizionda mübarizə aparacaq "Cəbrayıl"ın baş məşqçisi dəqiqləşib.
Prosport.Az xəbər verir ki, bu posta AFFA Region Liqasında mübarizə apararkən komandanı çalışdırmış Cavid Hüseynov gətirilib.
Onun köməkçisi ötən mövsüm "Şamaxı"da birgə çalışmış Elhad Nəziri olacaq. Komanda iyulun 26-da məşqlərə başlayacaq. Hazırlıqlar "ASK Arena"nın ehtiyat meydançasında baş tutacaq.
Qeyd edək ki, Cavid Hüseynov "Şamaxı"nın I diviziona düşməsindən sonra orada işləmək istəmədiyindən, bu klubdan ayrılmışdı. "Şamaxı" klubu 16 iyunda açıqladığı qərarında məşqçilər – Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə rəhbərlik arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yolların ayrıldığını bildirmişdi.

