Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onunla çox yaxşı tandem təşkil edəcəyik" – "Neftçi"nin yeni transferi
    23.07.2023 18:17:53

    "Neftçi"nin yeni transferi Mark Tamaş klubun yutub kanalına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, macarıstanlı mərkəz müdafiəçisi Bakı klubunu seçməsindən söz açıb:

    "Neftçi"nin məni istədiyini eşidəndə bunun mənim üçün maraqlı macəra olacağını düşündüm və dərhal "hə" dedim. İndi isə səbirsizliklə meydana çıxmaq üçün şans qazanmağımı gözləyirəm. Burada nəticələr qazanmaq və bir çox titullara yiyələnmək istəyirəm. "Neftçi"ni seçməyimdə əsas məqamlardan biri də budur".

    29 yaşlı futbolçu Rumıniyanın "Şepşi" klubu ilə artıq rəsmi oyunlara çıxdığından "Neftçi"də oynamağa hazır olduğunu bildirib: "Bəli, tam hazıram. Çünki bu mövsüm artıq 2 rəsmi oyun keçirmişəm. Həm Rumıniya Superkubokunda, həm də artıq start götürmüş ölkə çempionatında çıxış etmişəm. Buna görə də oynamağa hazıram. Heç bir fiziki problemim yoxdur. "Neftçi" formasında meydana çıxacağım ilk oyunu səbirsizliklə gözləyirəm".

    O, "Kluj"da oynamış braziliyalı mərkəz müdafiəçisi ilə yaxşı tanış olduğunu və bunun "Neftçi"də onlara fayda verə biləcəyini vurğulayıb: "Bəli, Yuri Matiasla bir-birimizi tanıyırıq. Biz daha çox rəqib olaraq üz-üzə gəlmişik. Hətta əksər hallarda küncdən zərbələr zamanı bir-birimizi tutmalı olurduq. Bir-birimizə qarşı çox oyun keçirmişik, indi isə birlikdə çıxış etməliyik. Bir-birimizi çox yaxşı tanıyırıq, buna görə də düşünürəm ki, çox yaxşı tandem təşkil edəcəyik. Fikrimcə, birlikdə daha da yaxşı çıxış etmək üçün zamana ehtiyacımız var. Bununla belə, hesab edirəm ki, buna tam hazırıq".

    Mark Tamaş "Neftçi"nin çıxış edəcəyi UEFA Avropa Konfrans Liqasında qruplarda oynamaq istədiyini dilə gətirib: "Məncə, Konfrans Liqası turnirinə 100% hazırıq. Səmimi deyim ki, qrup mərhələsinədək yüksəlməyimizi istəyirəm. Bu mövsüm üçün hədəfim budur və buna tam hazıram". 

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved