Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı yeni klubu "Yurqorden"də debüt etməsi haqda fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, o, İsveç çempionatının XVI turunda "Elfsborq"la matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib: "Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Daha güclü qayıdacağıq".
Qeyd edək ki, 21 yaşlı hücumçu həmin matçda debüt edib, komandası isə doğma azarkeşlər önündə liderə 0:4 hesabı ilə darmadağın olub.

