"Qarabağ"ın futbolçusu Qara Qarayev Ağdam təmsilçisi ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, bu haqda Qol.az saytına açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl bildirib. Klub rəsmisi 30 yaşlı yarımmüdafiəçinin artıq komanda ilə vidalaşdığını da qeyd edib: "Qara "Qarabağ"dan ayrıldı. Komandasını dəyişir. O, dünən bizimlə vidalaşdı".
Futbolçunun "Neftçi" ilə 2 illik razılaşdığı deyilsə də, Ə.Çəlikəl bu haqda məlumatının olmadığını söyləyib: "Qaranın hansı komandaya keçdiyini hələlik bilmirəm".
Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən "Qarabağ"ın əsas heyətində oynayırdı. O, 2013-cü ildən Azərbaycanın əsas millisinin üzvüdür.

