İkinci divizon üçün hazırlıqlarını davam etdirən "Füzuli"nin yeni baş məşqçisi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, "Füzuli"ni komandanın qurucularından olan Vasif İsmayılov çalışdıracaq. O, həmçinin klubun icraçı direktoru da vəzifəsini də icra edəcək.
"Füzuli" komandasının idman direktoru vəzifəsinə isə, tanınmış futbolçu, Türkiyə, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Herseqovina, Moldova və Avstriya klublarının, o cümlədən Azərbaycan millisinin şərəfini də qorumuş Amit Quluzadə təyin edilib.
Qeyd edək ki, "Füzuli" 2023/24 mövsümündə yeni yaradılan II divizionda mübarizə aparacaq.

