2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, komanda Türkiyə Superliqası təmsilçisi "Konyaspor"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını David Qomis (31) və Pedru Nunu (40) vurub.
Qeyd edək ki, "Səbail" daha əvvəl 2 yoxlama oyunu keçirib. Komanda “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib, "Sivasspor"la 1:1 hesablı heç-heçə edib.

