Qara Qarayevin "Qarabağ"dan "Neftçi"yə transfer olduğu barədə məlumat yazmışdıq.
Prosport.Az-ın məlumatına əsasən, 30 yaşlı yarımmüdafiəçini "Sabah" da transfer etmək istəyib. Hətta komandanın çalışdırıcısı Murad Musayev təcrübəli futbolçu ilə əlaqə saxlayıb və komandasına dəvət edib.
Lakin Qara Qarayev "Neftçi" variantını seçib. Onun seçimində isə Emin Mahmudov amili rol oynayıb. O, yaxın dostu ilə bir komandada oynamağa razılaşıb və "Sabah"ın daha yaxşı şərtlər irəli sürməsinə baxmayaraq, "ağ-qaralar"a keçib.

