Hazırlığın 1-ci mərhələsini Bakıda reallaşdıran “Araz-Naxçıvan” təlim-məşq toplanışı keçirmək üçün sabah Qəbələyə yola düşəcək.
Prosport.Az xəbər verir ki, iyulun 30-dək Qəbələdəki “Gilan” hoteldə məskunlaşacaq komanda hazırlıq müddətində 1 yoldaşlıq oyununda gücünü sınayacaq.
Oyunun tarixi və sparrinq-rəqib barədə əlavə məlumat veriləcək. Böyük ehtimalla, bu, meydan sahibi "Qəbələ" olacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" Türkiyənin Ərzurum bölgəsində hazırlıq keçməli idi. Ancaq həmin toplanış ləğv olunub.

