Bosniya və Herseqovinada "Jelezniçar"la "Neftçi" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
Prosport.Az-ın məlumatına görə, qarşılaşma Estoniyadan olan hakimlər briqadasına həvalə olunub.
FIFA referisi Yuri Frişerə laynsman qismində Veyko Mıtsnik və Sander Saqa yardımçı olacaq. Kevin Kayvoya 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 27-də "Qrbavitsa” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

