İngiltərənin "Bernli" klubu heyətinə yeni futnolçu qatıb.
Prosport.Az xəbər verir ki, Premyer Liqaya yüksələn klub "Beşiktaş"dan ayrılan Natan Redmondu rənglərinə bağlayıb.
İngiltərəli ön xətt oyunçusu yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Natan Redmond 2022-ci ilin yayında "Sauthempton"dan "Beşiktaş"a keçmişdi. 29 yaşlı vinger "qara qartallar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

