Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti oyunçu keçidini həll edib.
Prosport.Az xəbər verir ki, bu gün bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb.
1,78 sm boya malik 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində “Modriça Maksima”, “Zviyezda”, “Borats”, “Drina”, “Mladost”, “Sarayevo” klublarının formasını geyinib.
O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Muskron”, Sloveniyanın “Rudar” və “Selye” klublarının heyətində çıxış edib. Ötən mövsümü “Tuzla Siti”də keçirən MiçonKuzmanoviç 2023-2024-cü il mövsümünü “Araz-Naxçıvan”da keçirəcək. O əvvəllər ölkəsinin U-19 və U-21 millilərində də çıxış edib.

