Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Nəsr"dən Sedrik Bakambunu rənglərinə bağlayıb.
32 yaşlı forvard Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi ilə müqaviləsini ləğv edib. Konqolu hücumçu bu gün Türkiyə vaxtı ilə saat 17:00-da İstanbula gedərək rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Sedrik Bakambu bir neçə gün əvvəl "Əl-Nəsr"ə transfer olmuşdu. Təcrübəli ön xətt oyunçusu son mövsümü "Olimpiakos"da keçirib.

