Azərbaycanlı qolkiper Eldar Tağızadə İspaniyanın "Luqo" klubunda çıxış edəcək.
Prosport.Az xəbər verir ki, ölkənin gənclərdən ibarət komandasının qapıçısı Sequnda B təmsilçisi ilə 3 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Eldar Tağızadə bu ayın əvvəlində 2021-ci ildən bəri çıxış etdiyi Fransanın "Klermon B" komandasından ayrılmışdı.

