“Çelsi” ABŞ-ın gənclərdən ibarət yığmasının və “Tiqres”in hücumçusu Mii Fişelin alınması üçün təxminən 230 min avro ödəyəcək.
Prosport.Az xəbər verir ki, bu barədə “Am.com” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu transfer qadın futbolu tarixində dördüncü ən bahalı transfer olacaq. Reytinqdə ikinci və üçüncü yerlər də “Çelsi”yə məxsusdur. Vaxtilə londonlular Pernil Harder və Sem Kerr üçün müvafiq olaraq 350 və 298 min avro ödəmişdilər.
“Barselona” qadın futbolunda rekord transfer məbləğinə sahibdir. Kataloniya klubu “Mançester Siti”dən Kerri Uolsun alınması üçün təxminən 400 min avro ödəyib.

