UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Rakuf” (Polşa) oyununu almaniyalı hakim idarə edəcək.
Prosport.Az-ın məlumatına görə, qitə futbol qurumu avqustun 2-də keçiriləcək raundun cavab matçını Sven Yablonskiyə həvalə edib.
Ona Lasse Koslovski və Eduard Beytinqer köməklik edəcək. Görüşün 4-cü hakimi funksiyasını Tobias Reyxel yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq. “Qarabağ” iyulun 26-da Polşa çempionunun qonağı olacaq.

