Yeni Zelandiyada futbol üzrə qadınlararası dünya çempionatı start götürüb.
Prosport.Az-ın məlumatına görə, açılış matçında meydan sahibləri Norveç yığması ilə qarşılaşıb.
Qarşılaşma Okeaniya təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 48-ci dəqiqədə Hannah Vilkinson vurub.
Qeyd edək ki, mundial avqustun 20-də başa çatacaq.

