AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisinin növbəti ev oyunları Belçika və Avstriyaya qarşı olacaq.
Prosport.Az saytına verilən məlumata görə, milli komandamız Tofiq Bəhramov adına Respublika stadionuna qayıda bilər.
Bu isə Avstriya ilə oyuna təsadüf edəcək. Canni De Byazinin rəhbərlik etdiyi kollektivin rəqibini "Dalğa Arena"da deyil, Tofiq Bəhramovda qəbul edəcəyi gözlənilir. Bundan əvvəl, sentyabrın 9-da Belçikaya qarşı keçiriləcək görüşün isə hansı stadionda keçiriləcəyi hələ ki, dəqiq deyil. Böyük ehtimalla, həmin görüş "Dalğa Arena"da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan – Avstriya matçı oktyabrın 16-da keçiriləcək.

