"Rakuf" və "Qarabağ" komandaları arasında Polşada keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub.
Prosport.Az-ın məlumatına görə, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Enri və Qiyom Mer laynsman qismində yardımçı olacaqlar. 4-cü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.

