Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rakuf"a qarşı oyunumuzda mütləq dəyişiklik olmalıdır" – Qurban Qurbanov
    19.07.2023 23:25:47

    "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində "Linkoln Red İmps"i 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularımı təbrik edirəm. Böyükhesablı qələbə olsa da, rəqib uduzmaq istəmirdi. Sona qədər futbolçularım çox güc sərf etdilər. Şükürlər olsun ki, yaxşı qələbə oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Gözəl atmosfer yaratmışdılar.

    – Kevin Medianın ehtiyatda qalması onun gedişi ilə əlaqədardır?
    – Getməsi ilə bağlı əminliklə məlumat yoxdur. Amma müəyyən səbəblər var idi. Ona görə əsas heyətdə oynatmadıq. Lakin ciddi maraqlanırlar. Fikir var, amma bu gün, sabah bizimlədir hələ ki. Düşünürəm ki, hər şey qaydasında olacaq.

    – "Linkoln Red İmps" o səviyyədə komanda deyildi. "Rakuf"la oyunöncəsi komandanı tam sınaya bildiniz?
    – Həmişə hər bir rəqibə ciddi yanaşırıq, hər rəqibin bizə yaşatdıqları çətinliklər var. Hər zəif düşündüyümüz komanda bir cür müdafiə olunur. İstənilən rəqibə qarşı çox güc sərf edirik. "Linkoln Red İmps"i məğlub etmək heç də asan olmadı, nə səfərdə, nə burada. "Rakuf"a qarşı oyunumuzda mütləq dəyişiklik olmalıdır. Çünki onlar başqa sistemdə oynayırlar, daha bərk komandadır. Bunları nəzərə alırıq. Amma öz proqramımızdan əl çəkmirik. "Rakuf" çox ciddi rəqibdir. Polşa futbolundan bir az sanki fərqli oynayırlar. Sistemləri, fəlsəfələri fərqlidir. Neçə illərdir ki, aşağı liqadan hazırlanmış, klub olaraq böyüyüb az zamanda Polşa çempionu olmaq çox böyük uğurdur. Biz bu komanda ilə Türkiyədə də qarşılaşmışıq və məğlub olmuşduq. Qarşıda bizim 5-6 günümüz olacaq ki, onları yaxından tanıyaq. İnanıram ki, futbolçularım komandanı tam dərk edəcəklər və bu oyuna başda mən olmaqla hamımız yaxşı hazırlıq keçəcəyik.

    – Yassin Benzya bu gün xüsusən ilk hissədə müsbət keyfiyyətləri ilə yadda qala bildi. İlk oyunla müqayisədə Nəriman Axundzadənin yerinə meydana start heyətdə çıxmışdı. Demək olarmı ki, artıq o sizin görmək istədiyiniz futbolçudur?
    – Benziyanın ustalığına heç vaxt şübhəm olmayıb. Sadəcə, uzun müddət kənarda qaldığı üçün idman formasından uzaqlaşmışdı. Bizə gəldikdən sonra da 2 dəfə zədələnmişdi. Bu gün də 90 dəqiqə meydanda saxlamadıq. Çünki hazır deyil. Daha 3-4 belə oyun keçirsə, əsl Benzyanı görəcəyik. Bu gün ondan tam razı qalmadım. Onu tələsmədən yaxşı səviyyəyə gətirməyə çalışırıq.

    – Bəhlul Mustafazadə ilk yarıda hücuma meyillənirdi. Bu, sizin tapşırığınız idi, yoxsa rəqibdən asılı olaraq hücuma atılırdı?
    – Bəhlul standard vəziyyətlərdən sonra cərimə meydançasında görünürdü. Hücumların başlamasına gəlincə, o tərəfdə boş zona olurdu deyə, irəli gedirdi. Ən üstün keyfiyyətlərindən biri odur ki, standard vəziyyətlərdə düzgün mövqe seçə bilər. Ona hansı mövqedə olması tapşırılır. Desəm ki, "hücuma get" demişdim, yox. Amma hücumlara daha tez başlamaq tapşırılığı verilmişdi.

    – "Qarabağ"la çatmaq istədiyiniz ən böyük arzunuz nədir?
    – Desəm ki, hansısa həddə çatmaq, böyük uğur əldə etmək istəyirəm, yalnış olar. Amma həmişə istəmişəm ki, mübariz komanda, yaxşı, gözəl kollektiv olsun. Dəfələrlə demişəm ki, Azərbaycan futbolunda bu komandanın adı tam fərqlənir. Məncə, əlavə açıqlamaya ehtiyac yoxdur. Bir istəyim və məsuliyyətim olub ki, nə qədər güc sərf etmək lazımdırsa, edəcəyəm ki, "Qarabağ"ın uğurları olsun. Həm daxili, həm də xarici oyunlarda. Hər il yeni uğur əldə etmək, bir pillə irəli getmək arzumuzdur, daim çalışrııq. Buna nə dərəcədə nail oluruq, oyunlardan görürsünüz.

    – Azarkeş təzyiqinin neqativ və pozitiv tərəfləri hansılardır?
    – Çox istəyərdim ki, həmişə pozitiv reaksiyalar olsun. İnanın ki, futbolçular normal insandırlar, həddən artıq böyük məsuliyyətin altına girirlər. Çünki milyonlarla azərbaycanlı onlardan böyük uğurlar gözləyir. Azarkeşlər əmin olsunlar ki, bu futbolçular Azərbaycan idmanı, futbolu, "Qarabağ" üçün bacardıqlarından artığını etməyə çalışırlar. İşgüzar və tələbkardırlar. Çox istəyərdim ki, bütün futbolçularımıza qarşı pozitiv olsunlar. Amma azarkeşlərimə, azərbaycanlılarıma qarşı düşüncəm həmişə pozitivdir, neqativ deyil. Futbolçularımı da həmişə buna çağırıram. Hər azarkeşin şəxsi fikri, istəyi, düşüncəsi olur. Belə hallar futbolu gözəlləşdirir. Hətta bəzi komandalara, futbolçulara xarakter verir. Onların futbolçulara qarşı düşündüyü neqativ fikirlər bizə daha da pozitiv reaksiya verir.

    – "Qarabağ"da sırf mərkəz hücumçusu mövqeyinə axtarışlar gedir? 
    – Sırf mərkəz hücumçusu axtarsaq, dünya futbolunda az rast gələrik. İndi futbol tam fərqlidir. Hansısa komandaya sırf mərkəz hücumçusu lazımdır, hansınasa lazım deyil. Bu gün Redon Cicadan da həmin mövqedə istifadə edirik. O mövqeyə Juninyonu transfer etmişik. Hamidu Keytanı da o mövqedə istifadə edə bilərik. Hansısa sıxıntı olduğunu düşünmürük. Hamısı bizə uyğun futbolçulardır. Ön xətdəki oyunçulardan razıyam.

    – "Qarabağ" bundan sonra transfer edəcək? 
    – Transfer bazarı işimizin ən vacib hissəsindən biridir. Heyətimizdə 20-25 futbolçu olsa da, yeni oyunçularla maraqlanırıq. Hər bir məşqçi istəyər ki, heyətində düşündüyü oyun tərzinə uyğun futbolçuları olsun. Buna görə daim axtarışdayıq. Bəzən aylar, illərlə gözləyirik. Biz daim transfer bazarında aktivik, daim komandaya yeni oyunçular cəlb etmək istəyirik. İndi də işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıq gedir. Müdafiə, yarımmüdafiə, hücum xətti ola bilər. Elə futbolçular var ki, nə qədər vaxtdır onları izləyirik. Sadəcə bəzən düşünmədiyin halda transfer alınmır. 20-25 gün əvvəl bu başımıza gəldi. Futbolçunun biletini almışdıq, səhər Bakıda olmalıydı, klublar arasında razılıq olmuşdu. Ancaq sonda bu transfer alınmadı. Bizdən asılı olmayan məqamlar var ki, yoluna qoya bilmirik. Transfer axtarışındayıq. Alına da bilər, alınmaya da.

    – Daxili liqada da güclü mübarizə olacağı gözlənilir, "Neftçi"də yeni nəfəs var, "Sabah" da heyətini gücləndirib...
    – İddialı komandalar çoxalıb. Məncə də, daha maraqlı çempionat olacaq.

    Futbol

    Azərbaycan çempionu "Dalğa Arena"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

    29.09.2026 16:38:12
    Futbol

    "Sabah" paket bilətlərin satışını dayandırır

    29.09.2026 16:17:12
    Futbol

    "Sabah" və "Qarabağ"ın təxirə salınmış oyunları nə vaxt keçiriləcək?

    29.09.2026 15:45:58
    Futbol

    UEFA "Sabah"a xəbərdarlıq etdi

    29.09.2026 14:33:49
    Futbol

    FIFA prezidenti Bakıda dünya çempionatına hazırlıqla tanış oldu - FOTOLAR

    29.09.2026 14:13:41
    Futbol

    "Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlandı

    29.09.2026 13:48:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Basketbolu xalqımıza daha yaxından tanıtmalıyıq" - Emin Əmrullayev

    29.09.2026 17:52:56

    Basketbol üzrə II Liqanın iştirakçıları dəqiqləşdi

    29.09.2026 17:35:24

    Azərbaycan Mingəçevir Reqatasına 4 medalla başladı

    29.09.2026 17:16:05

    Azərbaycan çempionu "Dalğa Arena"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

    29.09.2026 16:38:12

    "Sabah" paket bilətlərin satışını dayandırır

    29.09.2026 16:17:12

    "Sabah" və "Qarabağ"ın təxirə salınmış oyunları nə vaxt keçiriləcək?

    29.09.2026 15:45:58

    Bakıda keçiriləcək Dünya Kubokunun maskotları təqdim olundu

    29.09.2026 15:15:07

    UEFA "Sabah"a xəbərdarlıq etdi

    29.09.2026 14:33:49

    FIFA prezidenti Bakıda dünya çempionatına hazırlıqla tanış oldu - FOTOLAR

    29.09.2026 14:13:41

    "Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlandı

    29.09.2026 13:48:30

    Bakı klubu 3 transferi birdən açıqladı

    29.09.2026 13:24:59

    Prezident İlham Əliyev İnfantino ilə görüşdü - FOTOLAR

    29.09.2026 12:59:36

    Azərbaycan – Lixtenşteyn matçı avstriyalı hakimlərə tapşırıldı

    29.09.2026 12:43:47

    "Qarabağ"ın legioneri millinin düşərgəsində zədələndi

    29.09.2026 12:14:50

    FIFA AFFA-ya 10 milyon ayıracaq?

    29.09.2026 11:42:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved