“Zirə” yeni əcnəbi futbolçunun keçidini rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, portuqaliyalı qapıçı Tyaqu Silva qəsəbə təmsilçisinin heyətinə cəlb olunub.
23 yaşlı qolkiper yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tyaqu Silva daha əvvəl ölkəsinin “Qimaraynş”, “Leyşoeş” və “Trofensi” klublarının şərəfini qoruyub.
Onu da bildirək ki, "Zirə"nin indiyədək əsas qapıçısı komandanın kapitanı, 37 yaşlı Anar Nəzirov idi.

