"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Prosport.Az xəbər verir ki, "sarı-göylər" Yusif İmanovu heyətinə qatıb. 23 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Y. İmanov son olaraq Kosovonun "Malişeva" klubunun formasını geyinib.
