Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” son yoxlama oyununu keçirib.
Prosport.Az-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu kollektiv Yunanıstan təmsilçisi "Olimpiakos"la üz-üzə gəlib.
Kematen stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində gürcüstanlı hücumçu Davit Volkovi 42-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, "Sabah" daha əvvəl Qətərin "Əl-Sədd" komandasını 3:1 hesabı ilə üstələyib, 2-ci görüşündə isə Almaniya “Sankt-Pauli”sinə uduzub – 1:4.

