"Zirə" Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışına başlayıb.
Prosport.Az xəbər verir ki, bu gün komanda ilk məşqə çıxıb.
Qeyd edək ki, "Zirə" Boluda Türkiyə Superl Lqası təmsilçisi “Fatih Karagümrük” və ötən mövsüm elitanı tərk edən, yeni mövsümdən Türkiyə I divizionunda mübarizə aparacaq “Qaziantep”lə qarşılaşacaq. Komanda daha 1 yoxlama matçı keçirəcək. Lakin hələlik bu rəqibin adına aydınlıq gəlməyib.
Xatırladaq ki, paytaxt təmsilçisi Bakıdakı toplanışı çərçivəsində "Kəpəz"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

