"Atletiko" klubu Joao Feliksin "Barselona"ya keçmək arzusu ilə bağlı sözlərinə münasibət bildirib.
Prosport.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu mətbuata son müsahibəsində uzun illərdir Kataloniya klubunda oynamaq arzusunda olduğunu bildirib.
“Atletiko” isə Feliksin açıqlamasını hörmətsizlik və qeyri-peşəkarlıq hesab edir.
Klubdan futbolçu və onun agentinin klubu tərk etmək üçün hansı şərtlərə əməl edilməli olduqlarını yaxşı bildiklərini söyləyiblər: “Bu məsələ ilə bağlı əlavə edəcəyimiz heç nə yoxdur”.
Xatırladaq ki, Joao Feliks 2023-cü ilin yanvarından icarə əsasında "Çelsi"də çıxış edir.

