Almaniya və dünyanın ən nəhəng klublarından biri hesab olunan "Bayern" transfer çalışmalarını davam etdirir.
Prosport.Az xəbər verir ki, Münxen təmsilçisi Konrad Laymer və Rafael Qererunun keçidinin ardından daha bir futbolçunu heyətinə qatıb.
"Bayern" vaxtı ilə "Fənərbağça" forması da geyinmiş "Napoli"nin 26 yaşlı mərkəz müdafiəçisi Kim Min-ceni 50 milyon avro qarşılığında transfer edib.

