Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" Cəbəllüttariq çempionunu darmadağın etdi – YENİLƏNİB
    19.07.2023 21:55:00

    "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə adlayıb.

    Prosport.Az-ın xəbərinə görə, Ağdam təmsilçisi Cəbəllüttariqin "Linkoln Red İmps" komandasını 4:0 hesabı ilə darmadağın edib.

    Qurban Qurbanovun kollektivinin növbəti rəqibi Polşa çempionu "Rakuf" olacaq.

    21:25

    "Qarabağ" artıq rəqibini 4:0 hesabı ilə darmadağın edir.

    45+1-ci dəqiqədə Bəhlul Mustafazadə (assist: Marko Veşoviç), 49-cu dəqiqədə Redon Cica (Leandru Andradi) və 62-ci dəqiqədə Marko Yankoviç (Abdulla Zübeyr) fərqlənib.

    20:10

    "Qarabağ" Abdulla Zübeyrin 8-ci dəqiqədə vurduğu qolla hesabı açdı. Məhsuldar ötürmə müəllifi Leandru Andradi oldu.

    19:02

    Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Cəbəllüttariq klubu “Linkoln Red İmps”in start heyətləri açıqlanıb.

    Prosport.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

    “Qarabağ” (Azərbaycan): 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
    Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
    Baş məşqçi: Qurban Qurbanov

    “Linkoln Red İmps” (Cəbəllüttariq): 23. Deyl Kolinq, 6. Bernardu Lopeş (k), 24. Con Sarcent, 21. Nano, 5. İbrahim Ayu, 88. Mandi, 20. Mustafa Yahaya, 10. Liam Uoker, 66. İtan Britto, 9. Kike Qomes, 7. Li Kasyaro
    Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Acayi, 11. Xuampe, 17. Marko Rosa, 19. Xuan Penya, 29. Roy Çipolina, 31. Conatan Şortino, 33. Cumaney Börnet, 77. Kayl Klinton
    Baş məşqçi: Xavi Munyos

    09:00

    Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

    Prosport.Az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

    Ağdam təmsilçisi Cəbəllüttariq çempionu “Linkoln Red İmps”lə münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

    Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

    UEFA Çempionlar Liqası
    I təsnifat mərhələsi, cavab oyunu
    19 iyul
    20:00 “Qarabağ” (Azərbaycan) – “Linkoln Red İmps” (Cəbəllüttariq)

    Baş hakim: Eldorjan Hamiti (Albaniya)
    Bakı Olimpiya Stadionu

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved