Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri keçirilib.
Prosport.Az xəbər verir ki, dünən "Qarabağ"ın potensial rəqibləri olan "Flora" (Estoniya) və "Rakuf" (Polşa) üz-üzə gəlib. Tallində baş tutan qarşılaşma Polşa klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyunda da rəqibini 1:0 hesabı ilə məğlub edən "Rakuf" 2 görüşün nəticəsinə əsasən II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Qarabağ" bu gün Cəbəllüttariqin "Linkoln Red İmps" klubunu keçəcəyi təqdirdə növbəti mərhələdə "Rakuf"la qarşılaşacaq.

