Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bakı Olimpiya Stadionunda da uğurlu nəticələrimiz olacaq" – Qurban Qurbanov
    18.07.2023 20:53:26

    "Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Cəbəllüttariqin "Linkoln Red İmps" komandasını qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – İlk oyunumuzu oynadıq. Səfərdə 2:1 hesabı ilə qalib gəldik. Bizə heç də asan olmadı. Hələ komandamız tam optimal formasından uzaqdır. Deməzdim ki, komanda tam istədiyim dinamikanı meydanda göstərir. Amma hazırlığımız yaxşı gedir. Matça ciddi yanaşırıq. Sabah bizi meydanda ciddi müdafiə olunan rəqib gözləyir. Bəzi elementlər var, onlara diqqət ayıracağıq. Futbolçularıma inanıram, güvənirəm. Yaxşı nəticə göstərmək istəyirik.

    – Juninyo ilk matçda oynamamışdı. Hazırkı durumu nə yerdədir? Patrik Andrade komandaya necə qoşulub?
    – Hər iki oyunçunun idman forması bir o qədər yaxşı deyil, orta səviyyədədir. Bizə gec qoşulublar. Onların hazırlığı bizi tam qaneedici səviyyədə deyil. Amma məşqlərdə çox ciddi çalışırlar. Juninyonun meydanda olub-olmamasına sabah qərar verəcəyik. İdman formalarından razı deyiləm. Vaxt lazımdır.

    – Azarkeşlər "Qarabağ"ı daha çox Tofiq Bəhramov adına Respublika stadionunda görməyə alışıb. Onlara nə demək istəyərdiniz?
    – Biz Bakıdayıq, Bakı bizimdir. Hər bir yeri bizim üçün doğmadır. Azarkeşlərin rahatlığını da düşünmək istəyərdik. Oyunların çoxunu "Tofiq Bəhramov"da keçiririk. Hansı ki bizə daha doğmadır. Futbolçular üçün bəlkə daha asandır. Azarkeşlərə də ora gəlmək daha asan olar. Amma Bakı Olimpiya Stadionunda da maraqlı oyunlarımız olub. Meydançanın durumu da futbolçuları qane edir. İnanmıram ki, azarkeşlər hansısa çətinliyə görə bizdən uzaq qalsınlar. "Qarabağ" azarkeşləri daha çox çətin anlarda komandanın yanında olublar. Buna çətin an deməzdim. Sadəcə ola bilər ki, stadiona gəlməyə vaxt çox gedə bilər. Sabah azarkeşlərimizi burada gözləyirik. Onlar üçün maraqlı, baxımlı oyun oynamağa çalışacağıq.

    – Bir neçə futbolçu getdi, yeniləri gəldi. Yaxın günlərdə heyətdə dəyişikliklər gözlənilir? Hansı mövqe üçün yeni oyunçular düşünürsünüz?
    – Deməzdim ki, ciddi dəyişiklik gözlənilir. Futbolçularımdan çox razıyam. Hansı mövqeyə hansısa oyunçunu yerləşdirsək, çalışırlar ki, tapşırığı düzgün yerinə yetirsinlər. Çox yaxşı kollektiv formalaşıb. Bir-iki əlavə oyunçu götürə bilərik. Olmasa da, indikilər bizi qane edir. Onlarla yaxşı kollektiv formalaşdırmağa çalışacağıq.

    – Ötən mövsümkü bombardirlər komandadan ayrıldı...
    – Çalışırıq ki, komandada yeni bombardirlər olsun. Hər birinə uğurlar arzulayıram.

    – Bu stadionda avrokuboklarda "Qarabağ"ın qələbəsi yoxdur. Sindromu qıra biləcəksiniz?
    – Belə şeylərə baxan deyilik. Bu cür düşüncələrə diqqət ayırmaq istəmirik. Allah qoysa, bu stadionda da uğurlu nəticələrimiz də olacaq.

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved