Yenidən Premyer Liqaya qayıdan “Araz-Naxçıvan” digər tərəfdən əvəzedici komandasını da formalaşdırır.
Prosport.Az xəbər verir ki, elita təmsilçisi bu yöndə çalışmalarını davam etdirir.
Əvəzedicilərin çempionatında debüt edəcək “Araz-Naxçıvan”ın ikinci komandasına Zaur İsmayılov baş məşqçi təyin olunub. Komandanın qapıçılar üzrə məşqçisi isə Cəmaləddin Əliyev olacaq.
Onlarla 1 illik müqavilə bağlanıb.

