Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın oyunlarının təqvimi bəlli olub.
Prosport.Az-ın məlumatına görə, Azərbaycan çempionu ilk matçında Türkiyə təmsilçisi “İstanbul Şişli” ilə üz-üzə gələcək.
Avqustun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Vitali Borisovun baş məşqçi olduğu kollektiv bir gün sonra eyni saatda Almaniyanın “Yan" (Regensburq) klubunu sınağa çəkəcək.
"Araz-Naxçıvan" avqustun 26-da Bakı vaxtı ilə saat 18:00-da Latviyanın "Riqa" komandası ilə görüşəcək.
Qeyd edək ki, bu qrupun oyunları Latviyada keçiriləcək.

