Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı qapıçı ilə anlaşıb.
Prosport.Az xəbər verir ki, yeni mövsümdə bu komandanın qapısını Semir Bukviç qoruyacaq. 1.88 sm boya malik 32 yaşlı qapıçının sonuncu klubu vətənində “Sloboda” olub. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı ("Varta") yaşayıb.
Onun baxışda olduğunu ilk olaraq saytımız yazmışdı.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nunu Miqel və braziliyalı Vandersonla 1 illik müqavilə imzalayıb.

