“Neftçi”nin yeni transferi Yuri Matias Rumıniya mətbuatına açıqlamasında keçidini dəyərləndirib.
Prosport.Az xəbər verir ki, braziliyalı futbolçu ÇFR-dəki uğurlu mövsümün ardından bunu gözlədiyini bildirib.
O, başqa təkliflərinin olduğunu da etiraf edib:
“Keçirdiyim mövsümdən sonra bunu gözləyirdim. Düşünürəm ki, yaxşı mövsüm keçirdim. Yeganə təklif “Neftçi”dən deyildi. Ancaq həm mənim, həm də ÇFR üçün ən yaxşısı bu idi. ÇFR-də çox gözəl anlar yaşadım, bunu heç vaxt unutmayacağam”.
Qeyd edək ki, Yuri Matias hazırda Moskvada təlim-məşq toplanışında olan “Neftçi”nin düşərgəsindədi.

