Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Kaşşuk "Sabah"la VİDALAŞDI
    18.07.2023 10:24:23

    2022/23 mövsümünün sonunda "Sabah"la icarə müqaviləsi başa çatan və komandadan ayrılan Aleksey Kaşşuk sosial şəbəkə hesablarında paylaşım edib. 

    Prosport.Az xəbər verir ki, müqavilə ilə məxsus olduğu Ukrayna “Şaxtyor”una (Donetsk) klubuna qayıdan 23 yaşlı yarımmüdafiəçi "Sabah"la vidalaşıb:  "Hardan başlayacağımı bilmirdim... Böyük komanda və böyük insanlarla vidalaşmaq çətin və emosional bir an idi. Bəzən elə anlar olur ki, hisslərinizi ifadə etmək və bu məktubu yazmaq sizin üçün çətin olur. Çox gözəl vaxt keçirdiyim, unudulmaz duyğular yaşadığım "Sabah"dan ayrılıram".

    Ukrayna millisinin üzvü kluba, texniki heyətə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib: "Əvvəlcə təcrübəsini mənimlə bölüşən və mənə kömək edən hər kəsə  təşəkkür etmək istəyirəm. Direktorlara, məşqçilərə, bütün heyətə, həkimlərə, fizioterapevtlərə və digər klub işçilərinə minnətdaram. Onların sayəsində özümü çox sevilən və əziz hiss etdim.

    Hər şeydən çox, bütün komanda yoldaşlarıma, keçən il ayrılan, lakin paltardəyişmə otağını paylaşanlara və hələ də bu kluba aid olanlara təşəkkür edirəm. Hamını qucaqlayıram. Və təbii ki, həm meydanda, həm də meydandan kənarda hər zaman xüsusi sevgi və yaxınlıq hiss etdirdikləri üçün bütün azarkeşlərə minnətdarlığımı bildirirəm. 1 il sizinlə sevinci, kədəri, xoşbəxtliyi bölüşdüm. Mən "Sabah"ın məqsədlərinə çatmasına, bir klubu kimi böyüməsinə, təkmilləşməsinə kömək etmək üçün gəlmişdim və sizin köməyiniz, təşviqiniz və dəstəyinizlə biz buna nail olduq. Ailəm və mən bu klubda sevgi ilə qarşılanmağımıza görə sizə  daim qədər minnətdar olacağıq. "Sabah"a da, ölkəyə də min dəfə təşəkkür edirəm".

    Kaşşuk sonda "Sabah"a uğurlar arzulayıb: "Yollarımız ayrılsa da, mən hər zaman "Sabah" ailəsinin üzvü olacağam. Doğma "Sabah"ımıza növbəti mövsümdə uğurlar arzu edirəm. Mütləq yenidən görüşəcəyik. İndi məni yeni çağırış gözləyir , amma mən bu klubu dəstəkləyəcəyəm. Sən həmişə mənim qəlbimdə qalacaqsan, "Sabah". Çox sağ ol, Azərbaycan".

    Qeyd edək ki, Aleksey Kaşşuk 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 31 oyunda 16 qol vurub. “Sabah” isə 2-ci yeri tutduğu üçün Konfrans Liqasına vəsiqə qazanıb.

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved